Prezident İlham Əliyev özünə yeni köməkçi təyin etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev özünə yeni köməkçi təyin etdi - SƏRƏNCAM
SİYASƏT
15:58 25.01.2016
11226
Ölkə başçısı İlham Əliyev Azərbaycan Prezidentinə iqtisadi islahatlar üzrə köməkçi təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir ki, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, Natiq Əmirov bu təyinatadək vergilər nazirinin 1-ci müavini postunu tuturdu.

Əmirov Natiq Ərziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib.

1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi işləyib.

1993–1994 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsi, DVM

1994-1997 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi

1997-2000 – Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini

2000-2001 – Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini

2001-2003 – Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini

2003-2005 – Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi

Azərbaycan Respublikası Prezidentinin 16 avqust, 2005-ci il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 mart, 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin I müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir. 3 övladı var.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb