Xalq artisti Zülfiyyə Xanbabayeva musiqisi Gövhər Həsənzadəyə, sözləri Cəlal Qurbanova aid "Sən azərbaycanlısan" mahnısına çəkdirdiyi klip Türkiyədə də böyük marağa səbəb olub.
AZXEBER.COM-un məlumatına görə, klip Türkiyənin “Kral” televiziyasında yayımlamağa başlayib. Klip qardaş ölkənin ictimaiyyəti tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, mahnı prezident İlham Əliyevə həsr olunub. Klipi Mariya İbrahimova çəkib.