Prezident İlham Əliyevin 'facebook' səhifəsində gənclərlə bağlı yenilik

SİYASƏT
11:40 02.11.2013
3272
Prezident İlham Əliyevin "facebook" səhifəsində gənclərlə bağlı yeni rubrikaya start verilib.
AZXEBER.COM xəbər verir ki, yeni rubrikada gənclər öz uğur formulları haqda məlumat verirlər.
Bu haqda səhifədə yazılıb: "Bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri Azərbaycanı gücləndirir. Dövlət çalışır ki, istedadlı gənclər, insanlar ön plana çıxsınlar. Prezident İlham Əliyevin facebook səhifəsində bu gündən Azərbaycan gəncləri daha bir tribuna əldə edəcəklər. Noyabrın 1-dən başlayaraq müntəzəm olaraq burada gənclərin uğur formulları ilə tanış olmaq mümkün olacaq".
Rubrikanın ilk qonağı Fransanın Paris Biznes Universitetində idarəetmə üzrə magistr təhsili, bundan əvvəl isə Türkiyənin Mərmərə Universitetində Sənaye idarəçiliyi və biznes psixologiyası ixtisası üzrə bakalavr təhsili alan Toğrul Rəhimov olub. Qeyd edək ki, yeni rubrika sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Daha ətraflı məlumat və müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz: https://www.facebook.com/PresidentIlhamAliyev

OXŞAR XƏBƏRLƏR