Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfəri başlayıb - FOTOLAR
MAQAZİN
14:54 12.03.2013
1268
Bu gün Azərbaycan Respublikasının Prezidenti Monteneqro Respublikasına rəsmi səfər edib. Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vujanoviç qarşılayıb.Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vujanoviçə təqdim olunub.