Prezident İlham Əliyevin yeni qanun imzaladı

SİYASƏT
10:29 18.06.2014
1583

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sənədə əsasən, ödənilən hər hansı kompensasiyaya görə heç bir rüsum və ya dövlətin xeyrinə alınan hər hansı digər ödəniş (vergi istisna olmaqla) tutulmur.

Bu qanuna əsasən, ödənilən hər hansı kompensasiyaya görə vergidən azad edilmə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdiriləcək.

OXŞAR XƏBƏRLƏR