Prezident İlham Əliyevlə Joze Manuel Barrozu bəyanat verdi

SİYASƏT
17:58 14.06.2014
1342

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış ediblər.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub.

Dövlət başçısı Avropa Komissiyasının sədrini qarşılayıb.

Prezident İlham Əliyev və Joze Manuel Barrozu rəsmi foto çəkdiriblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Joze Manuel Barrozunun respublikamıza səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından önəmi qeyd edilib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR