"Prezident Çingiz kimi oğul böyütdüyümüzə görə bizə təşəkkür etdi"

"Prezident Çingiz kimi oğul böyütdüyümüzə görə bizə təşəkkür etdi"
SOSİAL
13:17 09.02.2017
3702
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.
 
Şəhid əsgərin atası Salman Qurbanov AzVision.az-a bildirib ki, prezident İlham Əliyev ölümündən sonra Milli Qəhrəman adına layiq görülən Çingiz Qurbanovun medalını ona təqdim edib.
 
Milli Qəhrəman atasının sözlərinə görə, ölkə başçısı ilə görüşdə şəhid oğlunun qəhrəmanlıqlarından söhbət açılıb. "Dövlət başçısı Çingiz Qurbanov kimi övlad böyütdüyümüz üçün bizə öz təşəkkürünü bildirdi"-deyə Salman Qurbanov vurğulayıb.
OXŞAR XƏBƏRLƏR