Prezident iqamətgahına hücum: 1 ölü, 30 yaralı - VİDEO + FOTOLAR

DÜNYA
07:42 02.02.2013
1983
Bu gecə Misirin prezident sarayı qarşısında baş verən toqquşmalar zamanı 1 nəfər ölüb, 30-dan çox adam xəsarət alıb.AZXEBER.COM-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda döşündən yaralanan 23 yaşlı gəng xəstəxanada düşyasını dəyişib.Ötən axşam 50-yə yaxın gənc prezident iqamətgahı qarşısında polis əməkdaşlarına daş və fişənglər atıb. Yandırıcı maye ilə dolu bir neçə butulka iqamətgahın ərazisinə düşüb, bir neçə ağac alışıb. Təhlükəsizli qüvvələri kütləni dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Bundan başqa, polis əməkdaşları dövlət başçısının iqamətgahı yaxınlığında müxalifətçilərin təxminən bir ay əvvəl qurduğu çadırları dağıdıb.Hazırda prezident sarayının qarşısında vəziyyət sabitləşib. Polis nümayişçiləri iqamətcahın bir neçə yüz metrliyinədək sıxışdıra bilib. Lakin ara küçələrdə toqquşmalar davam edir.

OXŞAR XƏBƏRLƏR