Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da İsveçrə Konfederasiyasının İqtisadi məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, federal müşavir Yohan N.Şnayder-Ammannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.