Prezident Maliyyə Nazirliyinin yeni binası ilə tanış oldu - FOTOLAR

Prezident Maliyyə Nazirliyinin yeni binası ilə tanış oldu -  FOTOLAR
SİYASƏT
06:55 25.07.2014
1466
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub.Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini möhkəmləndirməkdədir. Respublikamızda bütün sahələrdə islahatlar ildən-ilə daha da dərinləşir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial-infrastruktur layihələri bütün sahələri əhatə edir.Son illər Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlarda maliyyə, vergi və bank sektorlarının da xüsusi payı var. Dünyada iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, respublikamızda hərtərəfli düşünülmüş siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişaf təmin olunur. Ölkəmizin strateji valyuta ehtiyatları artır, milli valyutamızın məzənnəsi sabitdir, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini daha da artırır. Ötən illərdə “Büdcə sistemi haqqında” qəbul edilən Qanun mütəmadi olaraq təkmilləşdirilir. Respublikamızda beynəlxalq standartlara cavab verən xəzinədarlıq sistemi formalaşdırılıb.Uğurlu sosial-iqtisadi və düzgün büdcə-vergi siyasəti nəticəsində son 12 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə artıb. Son illər bütün strukturlarda olduğu kimi, Maliyyə Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, nazirliyin tabeliyində olan bütün inzibati binaların müasirləşdirilməsi və səmərəli fəaliyyət üçün hərtərəfli iş şəraitinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Maliyyə Nazirliyinin 35 rayon və ya şəhər maliyyə idarəsi, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin Bakı şəhəri üzrə 5 xəzinədarlıq idarəsi üçün yeni inzibati binalar tikilib, 17 yerli maliyyə orqanının binası əsaslı təmir edilib, ən müasir texnologiya və avadanlıqla təchiz olunub. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən, Maliyyə Nazirliyinin fəaliyyətində modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün elektron xidmətlərin geniş tətbiqi diqqət mərkəzindədir.Ümumilikdə, Prezident İlham Əliyevin “Dövlət məmuru xalqın xidmətçisidir” fikirlərini fəaliyyətində əsas götürən Maliyyə Nazirliyinin kollektivi işini beynəlxalq standartlara və günün tələblərinə uyğun qurmaqla qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəmir.Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verdi.Qeyd edildi ki, Maliyyə Nazirliyinin ötən əsrin 50-ci illərində inşa olunan əvvəlki binası istismara yararsız vəziyyətdə idi və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının iş yerlərinin ən müasir standartlara uyğun yenidən qurulmasına dair tapşırığına əsasən paytaxtın ən gözəl və tarixi guşələrindən birində Maliyyə Nazirliyinin yeni inzibati binası inşa olundu. Bina Bakı şəhərinin müasir simasına uyğun, milli və orijinal memarlıq üslubunda tikilib. Burada nazirliyin mərkəzi aparatı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidmətinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.Əsas girişdə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Binanın akt zalı da müasirliyi ilə diqqəti cəlb edir. Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Nazirliyin ekspozisiyalarının zənginliyi ilə seçilən muzeyində Azərbaycanın maliyyə sisteminin keçdiyi tarixi inkişaf yolu mərhələlər üzrə təqdim edilir. Muzeydə ölkəmizin qədim əsginasları, müasir maliyyə sektorunun formalaşdırılması istiqamətində ilkin tədbirlər, respublikamızın maliyyə sisteminin ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə keçdiyi zəngin inkişaf yolu, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, büdcə, xəzinədarlıq, sığorta və digər sahələrdə tətbiq edilən yeniliklər, Maliyyə Nazirliyinin beynəlxalq əlaqələri geniş əksini tapıb.Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış oldu.Maliyyə Nazirliyinin bütün strukturlarının və tabeliyindəki təşkilatların mərkəzi aparatla birgə yeni inzibati binada yerləşməsi vahid mərkəzdən və daha operativ idarəetməni təmin etməyə imkan verəcək, əməkdaşların iş əmsalını və məsuliyyətini daha da artıracaq.Nazirliyin kitabxanası zəngin fondu, ən müasir texnologiya və avadanlıqla təchizatı baxımından diqqəti cəlb edir.Dövlət başçısı Maliyyə Nazirliyinin son illərdə keçdiyi inkişaf yolu, geniş tətbiqini tapan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxdı.Sonra Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olundu. Qeyd edildi ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.Dövlət başçısına ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə də məlumat verildi.Maliyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda