Prezident maşın yuyacaq

DÜNYA
11:52 01.08.2014
1286
ABŞ prezidenti Barak Obama bildirib ki, müxalifətçi respublikaçılar Konqressdə onunla əməkdaşlıq etsələr, təsərrüfat işlərində onlara yardım etməyə hazırdır.AZXEBER.COM-un məlumatına görə, Ağ Evdə federal sektorda maaşların qaldırılması haqqında fərmanı imzalayan zaman çıxış edən Amerika prezidentinin sözləri gülüş doğurub."Hər dəfə fəhlə ailələrinə kömək məsələsində konqress mənimlə əməkdaşlıq etmək istəyəndə, mən hazır olacam. Qapım açıqdır. Bundan başqa, mənim özüm onların evinə gedib itlərini gəzdirəcəm, maşınlarını yuyacam",- deyə Barak Obama vurğulayıb.
OXŞAR XƏBƏRLƏR