AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, seçkiqabağı kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı ifadə verib.Məhkəmə Sarkozinin tanınmış kosmetika şirkətlərindən olan "L'Oreal"ın varadıcısından 2007-ci ildə seçki öncəsi kampaniyasının maliyələşdirilməsi üçün qanunsuz olaraq vəsait alıb-almadığını müəyyən etməyə çalışır. Bu barədə məlumatı "Figaro" qəzeti yazıb. Nəşrin məlumatına görə, hələ yayda Sarkozi öz izahatını təhqiqatçılara göndərib. KİV-də yer alan məlumata görə, o əvvəl də Bordo məhkəməsinə çağrılmışdı. Lakin iş qrafiki gərgin olduğu, beynəlxalq konfranslarda iştirak etdiyi üçün gədə bilməmişdi.Sarkozi qanunsuz olaraq kampaniyası üçün pul alması faktı üzrə ittihamı təkzib edir.