Prezident məmurlara və onların ailə üzvlərinə səsləndi: Heç kimə güzəşt edilməyəcək

Prezident məmurlara və onların ailə üzvlərinə səsləndi: Heç kimə güzəşt edilməyəcək
SOSİAL
15:03 12.07.2017
7823
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə də toxunub.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev dövlət məmurları və onların ailə üzvlərinin davranış normalarına ciddi əməl etməli olduqlarını deyib. 

Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib. 

OXŞAR XƏBƏRLƏR