Prezident minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı fərman imzalayıb

SOSİAL
16:35 16.09.2021
194

Sentyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Fərmanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işinin gücləndirilməsi məqsədilə Nazirlər Kabinetinə beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Bundan başqa, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təklifləri əsasında ölkəmizin işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etmək, məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etmək, eləcə də bu barədə Azərbaycan Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.

Fərmanda, Nazirlər Kabinetinə bu sənəddə nəzərdə tutulan plana uyğun olaraq, Agentlik və Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında tapşırıqların bölgüsünün həyata keçirilməsi, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili, Agentliyin maddi-texniki təminatının gücləndirilməsi üçün tədbirlər görmək, habelə ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məlumat vermək də tapşırılıb.

Dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək barədə tapşırıq verilib.

Bundan başqa, müəyyən olunub ki, Agentlik tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və Fərmanda nəzərdə tutulan tələblər əsasında keyfiyyətlə tamamlanmasına nəzarəti həyata keçirsin.

Həmçinin Agentlik minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının şəxsi heyətinin bu Fərmanda nəzərdə tutulan tələblərə uyğun olaraq ixtisasının artırılması ilə bağlı tədbirlər görülməsini təmin etsin.

Eləcə də Agentliyə "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanda nəzərdə tutulan məlumatlara dair elektron məlumat bazasının dörd ay müddətində formalaşdırılmasını, eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi yenilənməsini və emalını təmin etmək, tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Sənəddə, həmçinin müəyyən olunub ki, minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirsinlər, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş şəxsi heyətin işini bu Fərmanda nəzərdə tutulan tələblərə uyğun təşkil etsinlər, tapşırıqlar bölgüsünün icrası, minatəmizləmə fəaliyyəti üzrə qüvvə və vasitələri, eləcə də digər müvafiq məlumatları mütəmadi olaraq Agentliyə verilməsini təmin etsinlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:23 28.11.2021

Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlandı

14:58 28.11.2021

İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırdı

14:31 28.11.2021

İran prezidenti Ərdoğanla görüşdü: Regionda təhlükəsizliyi qoruya bilərik

14:10 28.11.2021

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:01 28.11.2021

Daha bir ölkədə yeni ştamla bağlı karantin qaydaları sərtləşdirildi

13:36 28.11.2021

Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ

13:18 28.11.2021

İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

13:09 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

13:04 28.11.2021

Dövlət başçısı: "Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər"

12:59 28.11.2021

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA

12:52 28.11.2021

"Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq"

12:46 28.11.2021

"İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır"

12:13 28.11.2021

Dünyada pandemiya ilə bağlı vəziyyət gündən-günə ağırlaşır

11:58 28.11.2021

Sabah hava yağmursuz keçəcək - külək əsəcək

11:46 28.11.2021

Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir

11:32 28.11.2021

Məşhur müğənni Gülbahar Şükürlünün qızıl qolbağını oğurladı: “Çantasında gördüm”​ -​ VİDEO