İlham Əliyev 4 min itkin şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğuladı

İlham Əliyev 4 min itkin şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğuladı
SİYASƏT
21:05 22.05.2022
350
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

Bu barədə Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşündə bildirib.

Dövlət başçısı 10 noyabr Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR