xari

Prezident: "Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir"

SOSİAL
14:47 25.01.2021
187
"Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.

"Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər.

Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz”, - Prezident bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:29 07.03.2021

Azərbaycanda koronavirusa yoluxma 500-ü ötsə.... - VİDEO

14:44 07.03.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ü ötdü

14:30 07.03.2021

Qonşusunun evində oğluna toy etdi, polis gəldi – FOTO

14:10 07.03.2021

Neft Daşlarında dalğanın hündürlüyü 4.8 metrə çatıb – FAKTİKİ HAVA

13:45 07.03.2021

Qadağalar taksi qiymətlərini “ceyran beli”nə qaldırdı – VİDEO

13:36 07.03.2021

Qənirə Paşayeva: “Mən heç vaxt harasa gedib, 10 gün dincəlməmişəm” - VİDEOMÜSAHİBƏ

13:30 07.03.2021

Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü - Video

13:10 07.03.2021

Həcc ziyarətləri başlaya bilər: Məscidlər nə vaxt açılır? – Hacı Şahin aydınlıq gətirdi

12:56 07.03.2021

Müdafiə Nazirliyindən vaksinasiya olunan hərbi qulluqçularla bağlı - Açıqlama

12:45 07.03.2021

"Azərbaycan qadın hüquqlarına dəyər verən dövlətlər arasında öndə gedir" - Ruhi Əliyeva "Azərbaycan" qəzetində

12:31 07.03.2021

“Yoluxma sayının artmasını böyütməyək”

12:19 07.03.2021

Ermənistanlı keçmiş hərbçi: “Qarabağla bağlı razılıq olmasaydı, ordumuz tamamilə məhv ediləcəkdi” - VİDEO

12:06 07.03.2021

Vilayət Eyvazov rəisi işdən çıxarıb yeni vəzifə verdi

11:56 07.03.2021

Bakıda güclü külək orta məktəbin dam örtüyünü uçurdu

11:14 07.03.2021

Türkiyə xəbərdarlıq etdi: İcazə verilməməlidir!

10:57 07.03.2021

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə peyvəndlə bağlı kommünike qəbul edilib