Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük
SİYASƏT
22:40 20.07.2024
323
Biz Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük.

Bu sözləri Prezident İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.

Pakistan tərəfindən hər zaman qardaş dəstəyi hiss etdiyimizi xatırladan dövlətimizin başçısı buna görə bir daha minnətdarlığını bildirib. "Bu sahədə (media – red.) səylərimizin birləşdirilməsi çox yaxşı bir fikirdir.

Hesab edirəm ki, biz bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyə bilmək üçün birgə media işçi qrupu da yarada bilərik.

Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə isə sizin. Bunu təkcə Pakistanla deyil, digər dost ölkələrlə də edə bilərik”, - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR