Prezident Pezeşkian: “Ölkədə hibrid müharibə gedir”

Prezident Pezeşkian: “Ölkədə hibrid müharibə gedir”
DÜNYA
21:46 14.01.2026
917
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkədə dövlətə və cəmiyyətə qarşı hibrid müharibə aparılır.

Bu bəyanatı o, Nazirlər Kabinetinin iclasında səsləndirib.

Prezidentin sözlərinə görə, "İranın əleyhdarları ölkəyə zərər vurmağa çalışır. Ölkədə dövlət və cəmiyyətə qarşı hibrid müharibə aparılır”, – deyə "Al Hadath" telekanalı sitat gətirib.

Pezeşkian vurğulayıb ki, vətəndaşların etimadını və məmnunluğunu qazanmaq ölkənin üzləşdiyi təzyiqlərin təsirini yumşaltmaq üçün əsas amildir. O, həmçinin qeyd edib ki, mövcud daxili və xarici çağırışlar fonunda, həyat təminatı və xidmət sahəsindəki problemlərin minimuma endirilməsi müvafiq dövlət orqanlarının prioriteti olmalıdır.

Xatırladaq ki, İranda etiraz dalğası 29 dekabrdan başlayıb. Səbəb iran rialının kəskin dəyər itirməsi olub və aksiyalar ölkənin böyük şəhərlərinin əksəriyyətinə yayılıb.

İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib ki, etirazçılar arasında silahlı terrorçular da peyda olub. Hökumət isə iğtişaşların təşkilində İsrail və ABŞ-i günahlandırıb. ABŞ prezidenti Donald Tramp isə güc tətbiq etməyi ciddi nəzərdən keçirdiyini bildirib.

/Musavat.com
OXŞAR XƏBƏRLƏR