Prezident: “Qarabağda yaşayan 25 min erməni də yenidənqurma işlərində yer ala bilər”

Prezident: “Qarabağda yaşayan 25 min erməni də yenidənqurma işlərində yer ala bilər”
SİYASƏT
17:12 27.09.2021
1260
"Qarabağda yaşayan ermənilər bizim televiziyaları izləyir, radioları dinləyir, orada gedən işləri görürlər. Artıq bir neçə dəfə erməni xalqından olan şəxslərin Şuşadakı hərbi mövqelərimizə gələrək onların da bu işlərə cəlb edilməsini xahiş etmələri təsadüfi deyil”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu” agentliyinə müsahibəsi zamanı bildirib.

"Onlar da orada işsiz qalıb. İşsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət yanaşırıq. Ancaq bunun qanuni tərəfi tam olmalıdır. Biz orada yaşayan erməniləri öz vətəndaşımız kimi qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sovet dövründə, əvvəlki dövrdə də, işğal dövründə də bu belə idi.

Biz onları Azərbaycan vətəndaşı kimi görürük, sadəcə onlar bunu qəbul etməlidilər. Onlar bu erməni təbliğatından qurtulmalıdılar. Onlar öz gələcəklərini, uşaqlarının gələcəyini təmin etməlidilər. Biz onların da işlərə cəlbini təmin etməyə hazırıq. Niyə də etməyək? Biz gələcəyə strateji cəhətdən sülh prizmasından baxırıq. Çünki mən bir daha müharibə olmasını istəmirəm. Əgər Ermənistanda bizə qarşı hər hansı bir təhdid yarandığını görsək, o təhdidi məhv etməliyik. Bu, bizim qanuni haqqımızdır. Ancaq belə bir təhdid olmasa, bizim başqa bir düşüncəmiz yoxdur.

Qarabağda yaşayan 25 min erməni də tikinti, yenidənqurma işlərində yer ala bilər. Eyni zamanda gələcəkdə yaşadığı yerlərdə, kəndlərdə onlar üçün də imkanlar yaradarıq. Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz qabağındadır. Ağdam şəhərinin baş planı təsdiqləndi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin də baş planları təsdiqlənəcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin Qarabağda yaşadığı kəndlərdə də bunu edə bilərik. Mən qələbədən sonra bölgələrə dəfələrlə səfərlər etdim. Orada ermənilərin yaşadığı kəndlərdə qarşılaşdığım mənzərə məni heyrətə gətirdi.

İnsana yaraşmayan bir vəziyyətdir. Evlərin 95 faizi yararsızdır. Yəni orada heç kim yaşamaz. Onlar sökülməlidir. Bu cür rəzil vəziyyətdə 30 il yaşayan cəmiyyət xoş gün görmək istəyir. İşıq isə yalnız Azərbaycandan gələcək. Onlar üçün də bunun asan olmadığını anlamaq lazımdır. Burada psixoloji vəziyyət də nəzərə alınmalıdır. Lakin biz xoş niyyət nümayiş etdiririk və onların xoşbəxt və rifah içində bir gələcəyinin ancaq Azərbaycan dövlətinə bağlı olduğunu anlayacaqlarına ümid edirəm”, - deyə dövlət başçısı qeyd edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib