ABŞ Prezidenti Barak Obama qızlarına "Facebook" sosial şəbəkəsindən istifadə etməyə qadağa qoyduğunu açıqlayıb. "Niyə tanımadığımız insanlar haqqımızda məlumat sahibi olsunlar?", - deyə Obama qadağanın səbəbini belə izah edib.Obamanın Saşa və Maliya adlı iki qızı var. Saşanın 10 yaşı, Maliyanın isə 13 yaşı var. Qeyd edək ki, öncə Mişel Obama da qadağadan danışmışdı.