Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi
SOSİAL
17:11 16.01.2026
1396
Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədr təyin edilib.

O, indiyə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin (İH) sədr müavini, bundan əvvəl isə nazirliyə məxsus "Azərpoçt" MMC-nin İH sədri vəzifəsində işləyib.
OXŞAR XƏBƏRLƏR