Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başladı

SİYASƏT
16:15 28.08.2014
1510
Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə məraisimi başlayıb.
Trend-in məlumatına görə, andiçmə mərasimində bir çox ölkələr dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunurlar. 
Mərasimdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə iştirak edir.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Türkiyə Prezidenti Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir.
OXŞAR XƏBƏRLƏR