Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.AZXEBER.COM-un məlumatına görə, prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 11 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Avaxıl avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.