Prezident seçkilərində Ərdoğana rəqib kim olacaq? - "Millət İttifaqı" namizədini açıqlayır

Prezident seçkilərində Ərdoğana rəqib kim olacaq? - "Millət İttifaqı" namizədini açıqlayır
DÜNYA
18:44 01.03.2023
318
Türkiyədə hakimiyyətə müxalifət olan Millət İttifaqı prezidentliyə namizədini açıqlayacaq
AZXEBER.COM xəbər verir ki, İyi Partiya qərargahında gündəmlə bağlı açıqlamalar verən partiya sözçüsü Kürşad Zorlu "altılı masa”nın prezidentliyə namizədi barədə danışıb. O, Millət İttifaqının sabah keçiriləcək toplantısı ilə bağlı bunları deyib:
"Martın 2-də Millət İttifaqı 13-cü prezidenti müəyyən edəcək. Bu iradəni ən qısa zamanda göstərib, xəbəri millətimizlə paylaşacağıq. Biz İyi Partiya olaraq millətimizin nə istədiyini, nə gözlədiyini bilirik. Bu məsuliyyətlə hörmətli sədrimiz görüşlərini keçirir”.
 
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri yaxınlaşmaqdadır. Bu gün danışan prezident Ərdoğan deyib ki, seçki 14 mayda keçiriləcək, təxirə salınmayacaq. AKP-nin namizədi Ərdoğan olacaq.
OXŞAR XƏBƏRLƏR