Seçkidən sonra istefa çağırışlarına məhəl qoymayan CHP sədri Kemal Kılıçdaroğlu Ankaranın Çankaya rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Çankaya Bələdiyyəsi Ahlatlıbel İctimai Təsislərində Kılıçdaroğlu ilə İmamoğlu arasında bağlı qapılar arxasında keçirilən görüş təxminən 2 saat davam edib.
Görüşdən sonra mətbuat mənsublarına əl yelləyən Kılıçdaroğlu və İmamoğlu jurnalistlərə heç bir açıqlama verməyib. Kılıçdaroğlu və İmamoğlu Çankaya Bələdiyyə Başçısı Alper Taşdelen tərəfindən yola salınıblar. Fotolarda təbəssümlə müşahidə edilən müxalifətçilərin üzləri videoda qaşqabaqlı olub və İmamoğlunun Kılıçdaroğlu maşınına mindikdən sonrakı davranışı diqqətdən yayınmayıb.
Xatırladaq ki, İBB sədri İmamoğlu seçkidən dərhal sonra yayımladığı video ilə "dəyişiklik" mesajını verib. O, ötən günlərdə verdiyi açıqlamada "Yalnız mən yox, cəmiyyət dəyişiklik istəyir. Bunun üçün qulaqlarınızı tıxayaraq yolu keçmək mümkün deyil. Hər kəsin nə istədiyini anlamaq vacibdir. Biz bunu etməliyik", - deyib.
Qeyd edək ki, istefa çağırışlarına məhəl qoymayan CHP sədri Kamal Kılıçdaroğlu isə qatıldığı canlı yayımda İmamoğlu istəsə namizəd ola biləcəyini ifadə edərək, İstanbul kimi bir şəhəri itirməmələri lazım olduğunu vurğulayıb.
Mikayıl