Prezident sərəncam imzaladı: 10,7 milyon manat ayrıldı

Prezident sərəncam imzaladı: 10,7 milyon manat ayrıldı
SİYASƏT
22:10 01.10.2018
6685
Prezident İlham Əliyev Kürdəmir rayonunun Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

AZXEBER.COM xəbər verir ki, sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (184 km)-Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,7 milyon Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. 

OXŞAR XƏBƏRLƏR