Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılıb.