Prezident Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayırdı

Siyasət
18:28 27.09.2016
1193
 
Prezident İlham Əliyev "Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, o cümlədən Paralimpiya və Olimpiya İdman Kompleksləri, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat məktəbi, Uşaq İncəsənət məktəbi inşa edilib, 300 çarpayılıq Şəhər Mərkəzi Xəstəxanasının, Tarix Muzeyinin, Sumqayıt Dövlət Dram Teatrının binaları əsaslı təmir olunmuş, 106 hektar ərazidə dənizkənarı bulvar kompleksi salınıb, "Asan xidmət” Mərkəzi fəaliyyətə başlayıb, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri sənaye müəssisələri yaradılıb, 53 mindən çox yeni iş yeri açılıb, geniş abadlıq-quruculuq işləri görülüb.
Sərəncamla Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib
22:01 25.09.2025
İmişlidə toyda zəhərlənmə şübhəsi ilə xəstəxanaya daha 10 nəfər müraciət edib
İlham Əliyev BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb
21:46 25.09.2025
İlham Əliyev BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb
Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb
21:32 25.09.2025
Leyla Əliyeva Nyu-Yorkda Sloveniya Prezidentinin həyat yoldaşı Ales Musarla görüşüb
Azərbaycan Prezidenti BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış edib
21:27 25.09.2025
Azərbaycan Prezidenti BMT kürsüsündən beynəlxalq ictimaiyyətə çağırış edib
Azərbaycan Prezidenti: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq
21:26 25.09.2025
Azərbaycan Prezidenti: Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq
İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur
21:25 25.09.2025
İlham Əliyev: Azərbaycan qlobal səviyyədə humanitar yardım səyləri ilə qürur duyur
Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil
21:22 25.09.2025
Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil
İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır
21:21 25.09.2025
İlham Əliyev: Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır
Prezident: 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq
21:20 25.09.2025
Prezident: 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin olunacaq
İlham Əliyev: Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur
21:19 25.09.2025
İlham Əliyev: Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur
Prezident: Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq
21:18 25.09.2025
Prezident: Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq
Azərbaycan Prezidenti: Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz
21:16 25.09.2025
Azərbaycan Prezidenti: Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz
Prezident: Postmünaqişə dövründə ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir
21:10 25.09.2025
Prezident: Postmünaqişə dövründə ən böyük humanitar problemlərdən biri də minaların yaratdığı təhlükədir
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır
21:09 25.09.2025
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır
Prezident Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib
21:06 25.09.2025
Prezident Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib
Prezident: Vaşinqton Sammiti Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir
21:04 25.09.2025