"Prezident Şuşa əməliyyatında bunu qəti qadağan etmişdi" - Zakir Həsənov

"Prezident Şuşa əməliyyatında bunu qəti qadağan etmişdi" - Zakir Həsənov
SİYASƏT
11:57 27.06.2022
717
"Biz hələ ki, Şuşa əməliyyatını ictimaiyyətə tam şəkildə çatdıra bilmirik. Burada bir məxfilik amili var”.

AZXEBER.COM xəbər verir ki, bunu AzTV-yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Nazir müsahibəsində Şuşa əməliyyatı barədə də danışıb. General-polkovnik bu əməliyyatın bəzi detallarını açıqlayıb:

"Şuşa əməliyyatının hazırlanmasında bir neçə məsələni xüsusi qeyd etmək istəyirəm. Əməliyyatı hazırlayandan sonra cənab Prezidentə məruzə etdik. Təbii ki, o da fikirlərini söylədi, düzəlişlər etdi. Bilin ki, düşmən bizi ayrı istiqamətdən gözləyirdi. Birinci istiqamət o idi ki, onlar bizi həmişə Ağdam tərəfdən gözləyirdilər. Son günə kimi orada güclü bir qrup saxlayırdılar. Onlar da sonda mühasirəyə düşdü. Döyüşlər dayanmasaydı, orada Ermənistan ordusu böyük itki verəcəkdi. İkinci ehtimalları o idi ki, onlar bizi Qırmızı bazar istiqamətindən gözləyirdi. Orada da güclü müdafiə qurmuşdular. Ancaq bizim qəhrəman Mühəndis qoşunlarımız bir gecədə yol açdı. İndi Zəfər yolu ilə neçə saata gedirsiniz? Bax bu yolu bizim qəhrəmanlar bir gecədə açdılar. O yol torpaq yolu idi. Yağış yağırdı, yollar palçıq idi. Yəni, əməliyyatın hazırlıq ərəfəsində bizim topçular, havaçılar, raketçilər həm Laçın istiqamətində, həm də Xankəndi istiqamətində düşmənin hərəkətinin qarşısını aldı. Düşmənə imkan vermədik ki, Şuşanın müdafiəsində iştirak etsinlər. Bu əməliyyatın növbəti mərhələsində bizim qəhrəman xüsusi təyinatlılar Şuşaya daxil oldular və Şuşanı işğalçılardan azad etdilər.

Xüsusi qeyd etmək istəyərdim ki, əməliyyatın hazırlığında möhtərəm Prezident qəti qadağan etdi ki, Şuşa əməliyyatında artilleriyadan istifadə edilməsin. Birmənalı şəkildə dedi ki, bu, bizim tarixi şəhərimizdir, gərək bunu nəzərə alasınız. Adi döyüşlərdə təbii ki, artilleriyadan istifadə edirdik. Şuşa döyüşlərində nə artilleriyadan, nə də təyyarələrdən istifadə etdik. Şəhərə ağır zərbələr vurmadıq. Təbii ki, bu da düzgün idi. Nəticədə bizim qəhrəman xüsusi təyinatlılarımız əlbəyaxa döyüşdə Şuşanı azad etdi”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər