Prezident: “Tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik”

Prezident: “Tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik”
SİYASƏT
18:04 12.11.2021
538
"Dörd gün əvvəl Azərbaycan xalqı olaraq, Qarabağın azad olunmasının birinci ildönümünü böyük coşqu ilə qeyd etdik”.

Bunu bu gün Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bildirib.

Dövlət başçısı deyib ki, 30 illik işğala son qoyulub: "Bunun nəticəsi olaraq BMT-nin 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələrini yerinə yetirdik, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik. Bu, həqiqətən ədalət savaşı idi və öz torpaqlarımızda bu müharibəyə girmək məcburiyyətində qaldıq. Bir çox şəhid verdik. Əslində, bu savaş heç bir ölkənin torpaqları ilə bağlı deyildi. İkinci Qarabağ müharibəsi başa çatdıqda bütün döyüşləri sona çatdırmış olduq.

Əslində, müharibənin ilk günündən mən Ermənistana bizə bir təqvim verməsini və işğal altındakı torpaqlarımızdan hansı müddətdə öz əsgərlərini geri çəkməsi lazım olduğunu dedim və bu sözümü tutdum. 44 günün sonunda Ermənistan atəşkəs elan etmiş oldu və kapitulyasiya aktına imza atdı. Bu şəkildə İkinci Qarabağ müharibəsi 44 günün sonunda bitdi. 300-dən çox kənd və yaşayış məntəqələri azad edildi. Beləliklə, Azərbaycan olaraq ərazi bütövlüyümüzü bərpa etdik.

Ancaq bununla yanaşı, bir çox təxribat yaşadıq. Sevgili qardaşım Rəcəb Tayyib Ərdoğan da iki dəfə - yanvar ayında və qısa müddət əvvəl Şuşanı ziyarət edib, işğal dövründə nə qədər böyük dağıntılar törədildiyini gözləri ilə gördü”.

Dövlət başçısı deyib ki, Qarabağda bərpa və yenidənqurma prosesi başlayıb: "Yenə də Qardaş Türkiyənin bir sıra şirkətləri azad edilmiş ərazilərdə bir çox infrastruktur layihəsində iştirak edir. Dəmir yolları, avtomobil yolları, hava limanları və digər böyük layihələrin Türkiyə şirkətlərinin iştirakı ilə tezliklə başa çatacağına inanıram”.

Prezident İlham Əliyev qeyd edib ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib: "Hava limanının inşasında 20-dən çox Türkiyə şirkəti iştirak edirdi və hava limanı rekord müddətdə - səkkiz ayda istifadəyə verildi. Zəngilan hava limanı və digər layihələr də var. Bu layihələrdə də Türkiyə şirkətləri iştirak edəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: "Qarşıda TRIPP layihəsinin reallaşdırılması var"
12:34 09.10.2026
Paşinyan: "Qarşıda TRIPP layihəsinin reallaşdırılması var"
Toy qızıllarını saxlayanların nəzərinə – Əgər satsanız...
12:28 09.10.2026
Toy qızıllarını saxlayanların nəzərinə – Əgər satsanız...
Putin: Milli məhdudiyyətlərin aradan qaldırılması MDB-nin uğurlarını artıracaq
12:19 09.10.2026
Putin: Milli məhdudiyyətlərin aradan qaldırılması MDB-nin uğurlarını artıracaq
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
11:47 09.10.2026
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
11:46 09.10.2026
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
Göz yorğunluğunu azaltmağın QAYDASI
11:43 09.10.2026
Göz yorğunluğunu azaltmağın QAYDASI
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
11:36 09.10.2026
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
11:23 09.10.2026
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi