Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.
AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.
Bundan başqa, Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib. İlham Əliyev tədbirdə iştirak edib. Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına müəssisə barədə məlumat verib.