Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb

Prezident təqaüdçiləri evləndi - Hər ikisi 691 bal toplayıb
MARAQLI
16:48 18.08.2026
555
Bakı Ali Neft Məktəbinin (BANM) 2021-ci ilin Prezident təqaüdçüləri olan məzunları ailə həyatı qurublar.

AZXEBER.COM xəbər verir ki, Sumqayıt şəhərinin Təbiət Elmləri Təmayüllü Gimnaziyasının və İstedad Liseyinin məzunları Ruslan Murtuzov və Arzu Məmmədova ailə həyatı qurublar.

Bu haqda universitetin rektoru Elmar Qasımov məlumat verib.

Məlumara görə, Ruslan Murtuzov 691,3, Arzu Məmmədova isə 691,1 bal toplayaraq 2021-ci ildə Prezident təqaüdünə layiq görülüblər.

Cütlük bu il Bakı Ali Neft Məktəbini bitirib.
 

 


OXŞAR XƏBƏRLƏR