Prezident təqaüdü verilən Qulu Məhərrəmlidən AÇIQLAMA

Prezident təqaüdü verilən Qulu Məhərrəmlidən AÇIQLAMA
ÖZƏL
16:34 20.12.2024
911
"Cənab Prezidentə təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, mənim əməyimə qiymət verib".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Prezidentin fərdi təqaüdünə layiq görülən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, BDU-nun professoru Qulu Məhərrəmli deyib.
 
Professor ona göstərilən böyük etimada görə Prezidentə təşəkkürünü bildirib:
 
"İndiki şəraitdə, medianın cəmiyyət üçün önəm daşıdığı bir dövrdə adi bir media təmsilçisinə bu cür təqaüdün verilməsinə görə Prezidentə minnətdaram".
 
Qeyd edək ki, Qulu Məhərrəmli Prezident İlham Əliyevin sərəncamına əsasən uzunmüddətli fəaliyyətinə görə təqaüdə layiq görülüb.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR