Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul etdi

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul etdi
SİYASƏT
11:08 13.05.2025
367
Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxunub və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirib.

Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulanıb.

Görüşdə ölkələrin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib.
OXŞAR XƏBƏRLƏR