Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gedib.Dövlət bayraqları ilə bəzədilmiş Atatürk Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb.