Prezident Türkiyəyə getdi

SİYASƏT
14:47 10.06.2024
245
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.

AZXEBER.COM xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR