Prezident və birinci xanım şəhid övladları ilə - FOTOLAR

Prezident və birinci xanım şəhid övladları ilə - FOTOLAR
SOSİAL
23:07 04.12.2019
3930
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – "Bakutel-2019” ilə tanış olublar.
 
AZXEBER.COM xəbər verir ki, prezident və birinci xanım şəhid övladlarının olduğu stendi də ziyarət ediblər.

"ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə Azvision.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladlarına xüsusi qayğı ilə yanaşıblar.

"Şəhid övladlarına diqqət ayırdıqları üçün Prezidentə və birinci xanıma təşəkkür edirik. Mehriban xanım uşaqlarla səmimi söhbət etdi və hər birinin layihəsi ilə maraqlandı. Uşaqlar da əl işlərini necə hazırladıqları, hansı funksiyasının olması barədə məlumat verdi. Daha sonra "Area" stendində Lələtəpəyə zəfər yürüşü ilə bağlı dron uçuşları təqdim edildi. Uşaqların burada iştirakı sərgiyə yeni ruh gətirdi. Dron uçuran şəhid övladlarının hər birinə hərbi forma geyndirmişdik və sinələrində atalarının adı var idi. Şəhid övladları özlərini təqdim edəndə duyğulu anlar yaşandı", - deyə S.Alızadə vurğulayıb.

Qeyd edək ki, "ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşüblər. Şəhid övladları tərəfindən hazırlanan robotlar və dronların idarə edilməsi sərgi ziyarətçiləri arasında böyük marağa səbəb olub.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya Ukraynada strateji məğlub olub
16:31 30.06.2025
Rusiya Ukraynada strateji məğlub olub
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
16:29 30.06.2025
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
16:20 30.06.2025
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
16:20 30.06.2025
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
16:17 30.06.2025
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA