Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi”nin açılışı olub.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
İlham Əliyev və Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.