Prezident Xorvatiyanın baş naziri ilə görüşdü - FOTOLAR

Prezident Xorvatiyanın baş naziri ilə görüşdü - FOTOLAR
22:59 11.03.2013
1205

Xorvatiyada rəsmi səfərdə olan prezident İlham Əliyev bu gün baş nazir Zoran Milanoviç ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan prezidentinin səfərinin əməkdaşlığımızın gələcək perspektivləri baxımından önəmi vurğulanıb.

Enerji sahəsində yaxşı perspektivlərin olduğunun bildirildiyi görüşdə qeyri-enerji, nəqliyyat, turizm, qarşılıqlı investisiyaların qoyulması və digər sahələrlə bağlı layihələrin əhəmiyyətindən danışılıb. Bu səfərin həmin layihələrlə bağlı səmərəli müzakirələrin aparılması və konkret nəticələrin əldə olunması ilə bağlı əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

OXŞAR XƏBƏRLƏR