Prezident yeni nazir müavini təyin etdi

Prezident yeni nazir müavini təyin etdi
SOSİAL
16:50 28.12.2018
4480
Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu vəzifə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.

Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilən Natiq  Abbasovu əvəz edib.

OXŞAR XƏBƏRLƏR