Prezident: "Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb”

Prezident: "Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb”
SİYASƏT
15:43 27.09.2021
1340
"Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq”.

AZXEBER.COM-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

"Zəngilana dəmir yolu, avtomobil yolu çəkilir, hava limanı tikilir. Ona görə də hesab edirəm ki, 2 il ərzində öz torpaqlarımızdakı işləri görəcəyik. Çünki burada işlərin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu, 1-1,5 il ərzində edilə bilər. Biz bunu gözləyirik”, - Prezident vurğulayıb.

OXŞAR XƏBƏRLƏR