Argentina prezidenti Kristina Fernandes de Kirşnerin qalxanabənzər vəzində xərçəng xəstəliyi tapılıb.
Bunu dövlət başçısının mətbuat katibi Alfredo Skoçimarro açıqlayıb. O, yanvarın əvvəllərində prezidentin üzərində cərrahiyyə əməliyyatının aparılacağını söyləyib. "Hələlik şiş metastaz verməyib", - deyə mətbuat katibi qeyd edib.