Prezidentdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM

Prezidentdən Artur Rasi-zadə ilə bağlı SƏRƏNCAM
SOSİAL
16:10 24.02.2020
4481
Prezident İlham Əliyev Artur Rasi-zadənin 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Artur Tahir oğlu Rasi-zadə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
OXŞAR XƏBƏRLƏR