Prezident İlham Əliyev Hicran Hüseynovanı "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
AZXEBER.COM xəbər verir ki, Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə bu ordenlə təltif edilib.
Qeyd edək ki, H.Hüseynovanın avqustun 13-də 70 yaşı tamam olur.