Dövlət başçısı həmçinin Sumqayıt şəhərinin iqtisadi inkişafında xidmətlərinə görə Müzəffər Qəzənfər oğlu Gülümova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü ayırıb.
Xatırladaq ki, 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə tətlif olunan Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Akif Quluyev isə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin qardaşı, Sumqayıt icra başçısının müavinidir.