Dəyişikliyə əsasən dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır.Fərmanda o da qeyd olunur ki, Azərbaycan dilinə çevrilərək və Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində sub-titrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi Milli Televiziya və Radio Şurası tərəfindən müəyyən edilməlidir.Qeyd edək ki, qanun layihəsinin parlamentə təqdim olunmuş ilkin variantında dünya ölkələrinin ən yaxşı seriallarının da Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılması nəzərdə tutulsa da, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli həmin vaxt buna etirazını bildirib, yerli teleserialların çəkili üçün digər telekanallar kimi İctimai Televiziyaya da böyük məbləğdə vəsait ayrıldığını qeyd edib. Bu etiraz nəzərə alınıb və parlamentdə qəbul olunmuş son variantda teleseriallar çıxarılıb./Lent.az/