xari

Prezidentdən məişət zorakılığı ilə mübarizəyə dair SƏRƏNCAM

SİYASƏT
17:42 27.11.2020
567

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu Sərəncamla təsdiq edilən Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməlidir;

Həmin Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

OXŞAR XƏBƏRLƏR