Prezidentdən Nazirlər Kabineti ilə bağlı fərman – Aparatda iki müavin olacaq

Prezidentdən Nazirlər Kabineti ilə bağlı fərman – Aparatda iki müavin olacaq
Siyasət
17:28 02.09.2020
1805
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2017-ci il 10 oktyabr tarixli fərmanına dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Prezidentinin Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına, habelə Prezident və Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslərə və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, eyni zamanda publik hüquqi şəxslərə də verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Prezidentə təqdim olunmalıdır.

Sənədin 3.5-ci maddəsinə əsasən Nazirlər Kabinetinin iclasında Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər.

Nazirlər Kabinetinin üzvü məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, Nazirlər Kabinetinin iclasında onun səlahiyyətlərini icra edən müavini iştirak etməlidir. Nazirlər Kabinetinin iclasına Nazirlər Kabineti Aparatının rəhbəri, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin rəhbərləri də dəvət oluna bilərlər.

3.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: "Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak edirlər”.

Prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabinetinin Aparat rəhbərinin bundan sonra iki müavini olacaq. Bu zamana qədər isə Nazirlər Kabinetinin Aparatının bir müavini olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb