Prezidentdən önəmli- SƏRƏNCAM

Prezidentdən önəmli-  SƏRƏNCAM
SİYASƏT
19:25 07.04.2016
2222
Prezident İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin özünüməşğulluğunun təmin olunması məqsədi ilə qərara alıram:
1. Əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
OXŞAR XƏBƏRLƏR