AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin İdarə Heyətinin üzvü də Müşahidə Şurasının üzvü təyin edilib.
Qeyd edək ki, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova şəhid, "Murov qartalı" Raquf Orucovun həyat yoldaşıdır. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik–leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Aprel döyüşləri şəhidi Raquf Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.










































